XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



03 Avq
2021
15:33
859
03
Avq
15:33



Lənkəranda qanunsuz dini yığıncaq təşkil edənlər həbs olundular

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə dini yığıncaq təşkil etməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil etməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini moizələrin səsləndirməsi halları müəyyən edilib.

Bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib.

Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə (211.1-Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulması), (515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunublar.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.