22 Fev 2021
14:37
![]() |
22
Fev 14:37
![]() Tripolidə silahlı toqquşmalar baş verib Silahlı qarşıdurmalar axşam Liviyanın paytaxtı Tripolinin mərkəzində baş verib. XeberOxu.Az-ın məlumatına görə, bu barədə "Afrigatenews" informasiya portalı bildirib. Məlumata əsasən, Ez-Zəviyyədən (Tripolinin qərbində) olan silahlılar Benqazi və Dernadan (şərqdə) olan ekstremist ünsürlərin dəstəyi ilə Şəhidlər Meydanına nəzarəti ələ alaraq havaya sərbəst atəş açıblar. Bundan əlavə, Daxili İşlər Nazirliyinin binasına basqın etməyə cəhd göstərilib. Nəticədə, hərbi xüsusi təyinatlılar yığma qoşun döyüşçüləri şəhər mərkəzindən sıxışdırmağa nail olublar. Nazirin özünün Tripolini tərk edərək Misurata getdiyi də bildirilir. Bildirilib ki, silahlı qruplar arasında toqquşmaların səbəbi ötən gün Liviya Milli Razılaşma Hökümətində Daxili İşlər Naziri Fəthi Əli Başağa sui-qəsd cəhdi olub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|