Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
16:27
198



"Trump Tower"in yanındakı küçəyə Obamanın adının verilməsi üçün imza toplanılır

ABŞ-da Nyu-York şəhərinin mərkəzindəki küçəyə sabiq Prezident Brak Obamanın adının verilməsi ilə bağlı şəhər administrasiyasına göndəriləcək petisiyanı artıq 64 min nəfər imzalayıb.

XeberOxu.az xəbər verir ki, söhbət Beşinci Avenyuda "Trump Tower"in yanındakı 56-cı və 57-ci küçələrin arasında yerləşən sahədən gedir. Nyu-Yorkun meri Bill de Blazioya ünvanlanmış müraciətdə deyilir ki, Birləşmiş Ştatların sabiq Prezidenti bu şərəfə layiqdir. Belə ki, o, ölkəni böyük iqtisadi tənəzzüldən xilas edib, iki müddət prezidentliyi dövründə adı heç bir qalmaqala qarışmayıb, onun iqtidarı zamanında 3 min nyu-yorklunun ölümünə səbəb olan 2001-ci il 11 sentyabr hadisələrini törədən Üsəma ben Laden öldürülüb. Petisiyanın təşkilatçıları 75 min səs toplamaq niyyətindədirlər.

Məlum olduğu kimi, Prezident Donald Tramp sabiq dövlət başçısının sərt tənqidçisidir. Bu səbəbdən "Trump Tower"in yanındakı küçəyə Obamanın adının verilməsi onun xoşuna gəlməyəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az