13 Fev
2020
14:19
1101

13
Fev
14:19



Türk ordusu əsgərlərinin qanını yerdə qoymur

Müxtəlif mənbələrdən alınan son məlumatlara görə İdlib bölgəsində dünən 55 rejim ünsürü zərərləşdirilib.

Xeberoxu.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin 11 fevral tarixində yayılan açıqlamasında isə “Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib” - deyə bildirilmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı deyib: “Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə, İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm”.

Rəcəb Tayyib Ərdoğan, həmçinin rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulayıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.