XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



05 Sen
2022
19:14
1235
05
Sen
19:14



Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qaldı

Basketbol üzrə Gürcüstan və Türkiyə milli komandaları arasında Avropa çempionatının A qrupunun III tur oyununda insident baş verib.

Xeberoxu.Az report-a istinadən xəbər verir ki, Tbilisidəki eyniadlı idman kompleksində baş tutan matçda qonaq komandanın üzvü Furkan Korkmaz rəqib oyunçuların hücumuna məruz qalıb.

Hadisəyə meydan sahiblərindən Duda Sanadzenin görüşün başa çatmasına 4 dəqiqə 48 saniyə qalmış Korkmaza qarşı kobud oynaması səbəb olub. Hakimin qərarına etiraz edən yerli idmançı daha sonra türkiyəli basketbolçuya qeyri-etik ifadələr işlədib. Bundan əsəbləşən Korkmaz rəqibin üzərinə gedib və nəticədə ara qarışıb. Qalmaqalın böyüməsinə hakimlər və digər basketbolçular imkan verməyiblər. Hər iki oyunçu hakimin qərarı ilə diskvalifikasiya edilib.

Onlar paltardəyişmə otağına yollanarkən Gürcüstan yığmasının 3 basketbolçusu və təhlükəsizlik xidmətinin 2 əməkdaşı türkiyəli oyunçuya hücum çəkib. Özünü müdafiə edən Korkmaz yüngül xəsarətlər alıb.

Qeyd edək ki, qarşılaşma Gürcüstanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.