XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



01 Okt
2022
07:00
484
01
Okt
07:00



Türkiyədə yaşayan qızını görmək üçün sərhədi pozdu...

Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Xeberoxu.Az APA-ya istinadla xəbər verir ki, saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.

Sərhədçilər tərəfindən saxlanıldıqdan sonra Gül Əkbərova barəsində Cinayət Məcəlləsinin 29 318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs məhkədə verdiyi ifadəsində Türkiyəyə gedib, orada  yaşayan qızını görmək üçün sərhədi pozduğunu deyib:
"14 yaşlı qızım atası ilə birgə Türkiyədə yaşayır. Təyyarə ilə getməyə imkanım olmadığı üçün, quru sərhədlər bağlanandan bu günə qədər qızımı görməmişəm. Əvvəl Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim.  Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu zaman “Dayan!” qışqırığını eşidib dayandım...”

Məhkəmənin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə cəzasına məhkum edilib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.