22 Fev 2021
16:30
![]() |
22
Fev 16:30
![]() Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar Türkiyəli alpinistlər 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində şəhid olan 613 Azərbaycan vətəndaşını Naxçıvanın Haça dağının zirvəsində anıblar. “TRT Avaz” xəbər verir ki, anma mərasimi Zirvə Alpinizm və Açıq İdman Klubunun, həmçinin Azərbaycan Dili, Tarixi və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Azərbaycan Qars Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. Bu çərçivədə Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdıra toplaşaraq Naxçıvana gediblər. Bölgənin ən çətin dağlarından biri olan Naxçıvandakı Haça dağına qalxan alpinistlər zirvəyə “Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə anırıq” yazılı lövhələrlə Türkiyə və Azərbaycan bayraqları sancıblar. Artıq altı ildir bu mərasimin ənənəyə çevrildiyini bildirən klub başçısı Orxan Kozan Azərbaycanın qələbəsinin türkləri bölmək istəyənlərə tutarlı cavab olduğunu qeyd edib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|