Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:39
187

08
Noy
11:39



UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb

Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb.

XeberOxu.Az-ın məlumatına görə,  dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılıb. A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olub. Oyun 2:1 hesabı ilə APOEL komandasının xeyrinə başa çatıb. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşıb. Oyun Sevilyanın qələbəsi ilə bitib (2:5).

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” A qrupunda liderlik edir. APOEL və Qarabağ 4 xalla ikinci və üçüncü yerləri bölüşür, “Düdelanj” isə 3 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun bir görüşü artıq oynanılıb. F qrupunda yer alan “Arsenal” komandası ötən gün səfərdə Portuqaliyanın “Gimaraeş” komandası ilə 1:1 hesablı heç-heçə edib.

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda keçirilən digər oyunlar aşağıdakılardır.

B qrupu:

“Kopenhagen” (Danimarka) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:1

“Luqano” (İsveçrə) – “Malmö” (İsveç) - 0:0

Qrupdakı vəziyyət: “Kopenhagen” - 6, “Dinamo”- 6, “Malmö”- 5, “Luqano” – 2.

C qrupu:

“Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya) - 2:1

“Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:1.

Qrupdakı vəziyyət: “Bazel” - 10, “Xetafe”- 6, “Krasnodar” - 6, “Trabzonspor” - 1.

D qrupu:

“Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya) – 0:2;

LASK (Avstriya) - PSV (Hollandiya) – 4:1.

Qrupdakı vəziyyət: “Sportinq” - 9, LASK - 7, PSV – 7, “Rusenborq” – 0.

E qrupu:

“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) - 1:2;

ÇFR (Rumıniya) – “Renn” (Fransa) – 1:0.

Qrupdakı vəziyyət: “Seltik” - 10, ÇFR - 9, “Latsio” - 3, “Renn” - 1.

F qrupu:

“Standard Liq” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:1.

Qrupdakı vəziyyət: “Arsenal” – 10 (4 oyun), “Standard” - 6, “Ayntraxt” - 6, “Gimaraynş” – 1 (4 oyun).

G qrupu:

“Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1;

“Reyncers” (Şotlandiya) – “Portu” (Portuqaliya) - 2:0.

Qrupdakı vəziyyət: “Yanq Boyz” - 7, “Reyncers” - 7, “Portu” - 4, “Feyenoord” - 4.

H qrupu:

“Espanyol” (İspaniya)) – “Lüdoqorets” (Bolqarıstan) – 6:0;

“Ferentsvaroş” (Macarıstan) - MOİK (Moskva, Rusiya) – 0:0.

Qrupdakı vəziyyət: “Espanyol”- 10, “Lüdoqorets”- 6, “Ferentsvaroş” - 5, MOİK – 1.

I qrupu:

“Volfsburq” (Almaniya) – “Gent” (Belçika) - 1:3;

“Aleksandriya” (Ukrayna) – “Sent-Etyen” (Fransa) - 2:2.

Qrupdakı vəziyyət: “Gent” - 8, “Volfsburq” – 5, “Sent-Etyen” - 3, “Aleksandriya” - 3.

J qrupu:

“Borussiya” (Mönxenqladbax, Almaniya) – “Roma” (İtaliya) - 2:1;

“Volfsberq” (Avstriya) – “Başakşehir” (Türkiyə) - 0:3.

Qrupdakı vəziyyət: “Başakşehir” – 7, “Borussiya” – 5, “Roma” - 5, “Volfsberq”- 4.

K qrupu:

“Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 3:1;

“Vulverhempton” (İngiltərə) – “Slovan” (Bratislava, Slovakiya) - 1:0.

Qrupdakı vəziyyət: “Braqa” - 10, “Vulverhempton” - 9, “Slovan”- 4, “Beşiktaş” - 0.

L qrupu:

“Astana” (Qazaxıstan) – “AZ Alkmar” (Hollandiya) - 0:5;

“Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya) - 3:0.

Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 10, “AZ Alkmar” - 8, “Partizan” - 4, “Astana” - 0.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az