Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
11:28
135



UNEC Web of Science üzrə son 3 ildə ölkənin ən inkişaf etmiş universiteti seçilib

UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb.

UNEC-dən XeberOxu.Az-a verilən məlumata görə, beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards - 2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.

UNEC-də “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub.

Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin “Web of Science”ə daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə “Web of Science”ə daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56%-i (43 əsər) son 3 ilin payına düşür.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]