# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
13:56
2470

23
May
13:56



UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində 3 yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq.

UNEC-dən XeberOxu.Az-a bildirilib ki, 2020/2021-ci tədris ilindən UNEC-in MBA proqramına “Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi”, “Kibertəhlükəsizlik”, “Vergi idarəetməsi və vergi planlaşdırması” ixtisaslaşmaları üzrə magistr qəbulu həyata keçiriləcək.

Ötən tədris ilində də UNEC-ə 3 yeni ixtisaslaşma - “Biznes analitikası”, “Risklərin idarə edilməsi” və “Sosial media marketinqi” üzrə magistr qəbulu aparılıb və qəbul planı 100 faiz yerinə yetirilib.

Beləliklə, UNEC-də 2020/2021-ci tədris ilində MBA proqramında 20 ixtisaslaşma üzrə kadr hazırlığı aparılacaq: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; Kiber təhlükəsizlik; Vergi idarəetməsi və vergi planlaşdırması.

UNEC Biznes Məktəbində tədris 3 dildə (azərbaycan, rus, ingilis) Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub







Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq







Standard sığorta şirkətinin müştərilərinin NƏZƏRİNƏ







Prezident İlham Əliyev: "Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi"


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.