XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



10 Iyun
2021
22:28
470
10
Iyun
22:28



Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Ukrinform” informasiya agentliyinin təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan:əməkdaşlıq perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna və Azərbaycan arasında iqtisadi, siyasi, eləcə də informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu "dəyirmi masa"da Komitənin şöbə müdiri Ruslan Quliyev və əməkdaşı Teymur Atayev iştirak edib. "Dəyirmi masa"da hər iki ölkə təmsilçiləri gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni təkliflər səsləndiriblər.

Görüşdə birgə informasiya platformasının yaradılmasının hər iki ölkə üçün səmərəli olacağı vurğulanıb. "Dəyirmi masa" iştirakçılarını salamlayan Komitə rəsmisi 44 günlük Vətən müharibəsi dövründə rəsmi Kiyevin sərgilədiyi ədalətli mövqeyə görə dost xalqın nümayəndələrinə bir daha təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan tərəfi də öz növbəsində hər zaman Ukraynanı dəstəkləyir və Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir.

Ukrayna Ali Radasının deputatları Maryan Zablotski, Lüdmila Marçrenko, Milli Məclisin deputatı Rüfət Quliyev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov görüşdə iştirak edib və iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.