# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
17:49
1679

22
May
17:49



Ukrayna koronavirusa mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib

Ukrayna Azərbaycandan 23 ton humanitar yük əldə edib.

XeberOxu.Az-ın məlumatına görə, bunu Ukraynanın səhiyyə nazirinin müavini İrina Mikiçak deyib.

Onun sözlərinə görə, humanitar yük Ukraynaya mayın 21-də çatıb.

Bu yükün tərkibində 100 min qoruyucu maska və geyimlər, 5 min kombinezon, təmassız termometrlər, sanitayzerlər və digər tibbi avadanlıqlar yer alıb.

Nazir müavini bildirib ki, humanitar yük Azərbaycanla Ukrayna arasındakı razılaşmalar, xüsusilə də mart ayında ölkə prezidentləri arasında baş tutmuş telefon danışığı çərçivəsində çatdırılıb:

“Biz Prezident Ofisi, Xarici İşlər Nazirliyindən həmkarlarımız, eləcə də Azərbaycandakı səfirimizlə birgə humanitar yükü aldıq və koronavirus pandemiyasında Ukrayna xalqına göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq və hörmətimizi ifadə edirik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.