AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyun
2019
01:00
351



Uşaq hüquqları üzrə pilləli tədris proqramı yekunlaşıb

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir.

Ombudsman Aparatından Xeberoxu.az-a verilən məlumata görə, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub.

Uşaqların həm də trener kimi iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib.

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilib.

2018-2019-cu tədris ilində Bakı şəhərinin hər bir rayonu və Ağstafa, Qazax, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Xızı və Siyəzən rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.

Qeyd olunmalıdır ki, Pilləli Tədris Proqramı ilk dəfə olaraq Pirallahı rayonu Çilov adasında 131 saylı məktəbdə də həyata keçirilib.

İnsan Hüquqları Aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil olunub və bu Proqramı uğurla başa vuran və trenerlik bacarıqlarına yiyələnmiş 1285 şagird sertifikatla, 80-dən çox müəllim təşəkkürnamə ilə təltif ediliblər.

Ombudsman Aparatının əməkdaşları sertifikatların təqdim edilməsi ilə bağlı keçirilən tədbirlərdə şagirdləri Müvəkkil Elmira Süleymanovanın adından təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, hüquqlarını mükəmməl öyrənməyi, həmyaşıdlarına bu bilikləri aşılamağı və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, həmçinin məktəb rəhbərliyinə bu uşaqların bilik və bacarıqlarından yararlanmağı, məktəbin digər şagirdlərinin də uşaq hüquqları sahəsində biliklərə yiyələnmələrinə şərait yaratmalarını tövsiyə ediblər.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən davamlı olaraq hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin digər 32 şəhər və rayonunun 190-dan çox məktəbi cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11.500-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 900-dən çox müəllim və direktor təşəkkürnamə alıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib







Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi







Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib







Minimum aylıq əməkhaqqı artırıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az