Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
14:22
1684
20
Noy
14:22



Uşaqlarda pisxoloji problemlər neçə yaşına kimi həll oluna bilər ? Pisxoloq -Fatimə Bayramova

Uşaqlarda psixoloji problemlərin diaqnostikası 2.5 yaşdan başlayır.

 Məhz 2.5 yaşdan bir çox metodikaların köməyi ilə uşağın nitqinin, qavrayışının, emosional sferasının  və s. -nin qiymətləndirməsində bizə yardım edir.   Uşaqların terapiyası əlbəttə böyüklərdəki kimi keçirilmir.. Patoloji bir hal yoxdursa, uşaqların konsultasiyasını  iki aspektdən dəyərləndirə bilərik. Birinci uşağın özünün yaşına uyğun psixi idrak fəaliyyətini, emosional sferasını, ikincisi isə ailənin təsirinin təhlili.

  Psixoloq bildirir ki, uşaq və yeniyetmələrdə ailə önəmli faktördür: “ Bəzən problemlə müraciət edən valideynin uşağı ilə yox özü ilə məşğul olmalı oluruq. yaş dövrünün maarifləndirilməsi bir çox problemlərin həllini də aradan qaldırır. Məsələn, yeniyetmənin qapalı və ya aqressiv olması ilə bağlı müarciət olunur, əgər bu hal ifrat səviyyədə deyilsə, onlara bunun yaşauyğun olduğunu bildiririk.   

Psixoloq həmçinin bildirib ki, azyaşlı uşaqların fobiya, utancaqlıq, aqressiya, enurez və s. kimi problemləri əlbəttə erkən yaşda aradan qaldırmaq lazımdır. Əks halda problem kök salacaq və onun gələcək həyatında da müxtəlif sahələrdə müxtəlif formalarda mənfi nəticələrlə özünü göstərəcək: “Pataloji bir hal varsa, nəinki 2.5 yaşdan hətta deyərdim lap erkən yaşlardan, problemdən asılı olaraq psixoloji, loqopedik, nevroloji, ortopedik, idman və ya gimnastika bir sözlə kompleks müalicə dəstəyi almalıdır. Çünki, belə hallarda terapiya nə qədər erkən başlansa bir o qədər müsbət effekt verəcəkdir.”

 Psixoloq qeyd edib ki, uşaqların hər birinin ayrı-ayrı şəxsiyyət olduqlarını unutmaq olmaz. Onların hər birinin fərqli psixoloji xüsusiyyətləri olduğu üçün   problemlərin gedişatı və həllinin müddəti də fərqlidir: “ Problem tam bitməmiş və ya 20% həll olunan kimi seansları dayandırmaq olmaz. Uşağın probleminin həllinin tez bitməsi həmçinin valideyndən asılıdır. Əgər uşaq aqressiyadan müalicə alırsa, evə getdiyi zaman ailədə yenidən aqressiv davranışa məruz qalırsa, müalicənin heç bir effekti olmaz. Həmçinin, problemdən asılı olaraq, müalicənin müddəti fərqlidir. Elə problemlər olur, əvvəl həftədə 3 dəfə seansların keçirilməsinə ehtiyac olur, prosesin gedişatından asılı olaraq həftədə 1 dəfəyə, sonra isə ayda 1 dəfə, daha sonra isə 6 aydan 1 və s. uzanır. Problem həllini tapmayınca heç bir müalicəni saxlamaq olmaz.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kəlbəcərin təhsil statistikası açıqlanıb







Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"







Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.