XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Apr
2021
04:37
508
08
Apr
04:37



Vaqe Minasyan: Paşinyan Putinə Rusiya vaksininin qeydiyyatı barədə yalan dedi

Rusiyanın “Sputnik V” vaksini Ermənistanda qeydiyyata alınmayıb, amma baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə bildirdi ki, vaksin qeydiyyata alınıb.

 XeberOxu.Az “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə və Əmək Müfəttişliyinin Dərman Vasitələri İdarəsinin sabiq rəisi Vaqe Minasyan özünün feysbukdakı səhifəsində yazıb.

"Siyasətsiz və vaksinə qarşı təbliğat aparmadan, mənim nəzarətim tamamilə peşəkardır. Gerçəkliyi bu dərəcədə bilməmək və dərmanların istehsaldan başlayaraq idxalına, istifadəsinə, zərərsizləşdirilməsinə qədər əsas olan təhlükəsiz dövriyyəsi üçün əsas olan dövlət qeydiyyatını qiymətdən salmaq mümkündürmü?

İndi icazə verin faktlara keçim: Putin baş nazirə (Nikol Paşinyana-red) konkret sual verir: "Sputnik” artıq Ermənistanda qeydiyyata alınıb?". “Bəli", - deyə baş nazir cavab verir.

Vaksin Ermənistanda qeydiyyata alınmayıb. Mən vəzifə tutmuram, amma bu barədə bildirirəm.

Hər halda bir neçə variant var․ Ola bilər, Paşinyana yanlış məlumat verilib və o, yanlış cavab verdi, amma bu artıq əhəmiyyətsizdir. Əks təqdirdə, daha pisdir.

Təəssüf... Axı soruşan bilir ki, o nə haqqında soruşur...

Yeri gəlmişkən, vaksin "Dərmanlar haqqında" qanuna əsasən dərman hesab edilir”, - deyə o feysbukdakı səhifəsində yazıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.