Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
17:06
1116

11
Iyun
17:06



Velosipedçilərimiz Belçikada birinci oldu-VIDEO

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U-17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində velosipedçilərimiz bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Xeberoxu.az-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 kilometr məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini birinci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, “Bakı 2019” zamanı iyulun 23-də fərdi, iki gün sonra isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az