27 Iyun
2020
16:30
5863

27
Iyun
16:30



Virtual tamaşa təqdimatları davam edir

Teatrların sosial şəbəkə hesabları üzərindən virtual tamaşa təqdimatları davam edir.

XeberOxu.Az-ın məlumatına görə,  bu gün saat 19:00-da Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşasının videoyazısı nümayiş olunacaq. Mirzə Fətəlinin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamları Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının virtual repertuarı da iyunun 27-də Mirzə Fətəli Axundzadə irsi ilə bağlıdır. Bu gün saat 19:00-da teatrın sosial şəbəkə səhifəsində böyük dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının kukla tamaşasının videoyazısı yayımlanacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Dövlət Gənc Tamaşaçılar Teatrı isə bu gün bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyicilərə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.