# EVDƏQAL
# EVDƏQAL



28 Apr
2020
14:35
3352

28
Apr
14:35



Vitaminlərlə zəngin və balanslaşdırılmış qidalar immuniteti gücləndirir

Yoluxucu xəstəliklərin yayıldığı bir vaxtda virusdan qorunmaq üçün güclü immunitetin olması vacibdir. Ona görə də qida rasionunu həm makro, həm də mikroelementlərlə zənginləşdirmək lazımdır. Karbohidrat, yağ və zülallar makro, vitamin və minerallar isə mikroelementlər hesab olunur.

XeberOxu.Az-ın məlumatına görə,   Mütəxəssislər bu məqsədlə D vitamini ilə zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: “Müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Fol turşusu, eləcə də A və S vitaminləri ilə zəngin göy-göyərti, yaşıl yarpaqlı tərəvəzlərdən çox istifadə edilməlidir. Həmçinin sitrus meyvələri ilə qidalanmaq da bu sahədə çox faydalı təsir göstərir”.

Həkim-diyetoloq çeşidli qidalanmağa üstünlük verməyi tövsiyə edir. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bədən çəkisinə uyğun olaraq gün ərzində maye qəbul edilməlidir. Onun dediyinə görə, ortaçəkili insan orqanizmi üçün gün ərzində ən azı 2 litr su içmək tövsiyə olunur, çünki su metabolizmi gücləndirir və orqanizmin vital fəaliyyətini stimullaşdırır.

Şəkər immuniteti zəiflədən qida olduğu üçün şirniyyatlardan mümkün qədər az istifadə etmək məsləhətdir. Həmçinin balanslaşdırılmış qidalanmaya riayət edilməli, axşam yeməyi yatmazdan ən azı 4 saat əvvəl yeyilməlidir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.