29 Iyul
2020
10:18
5660
29
Iyul
10:18



Vitse-qubernator Los- Ancelesdəki təxribatla bağlı bəyanat verdi

Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib. 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan XeberOxu.Az-a verilən məlumata görə, E.Kunalakis açıqlamada Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib. O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməz olduğunu vurğulayıb.

Baş konsul Nəsimi Ağayev E.Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.

Qeyd edək ki, erməni daşnaklarının Los- Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırmışdı.

2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Siyəzəndə dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın söndürüldü







Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub







Füzulidə partlayış: ANAMA baxış keçirdi







Göyçayda üçotaqlı ev yanıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.