Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
14:20
846

07
Iyun
14:20




Vladimir Putinlə Hindistanın baş naziri görüşəcək

Hindistanın baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin iyundan sentyabra qədər bir neçə dəfə görüşəcəklər. 

XeberOxu.Az-ın xəbərinə görə, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Hindistan biznes dialoqu zamanı Hindistanın Rusiyadakı səfiri Bala Venkateş Varma deyib. 

Onun sözlərinə görə, Narendra Modi sentyabrın əvvəlində Vladivostokda keçiriləcək iqtisadi forumda iştirak edəcək. Həmçinin yaxın iki həftə ərzində baş nazir Modi və prezident Putin arasında iki görüş baş tutacaq. 

“Rusiya və Hindistan arasında əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Biz Rusiyaya daha ciddi yanaşmalıyıq”, - deyə səfir bildirib. 

Qeyd edək ki, bundan öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Modinin iyunun 13-14-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşəcəklərini açıqlayıb. 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az