# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
11:51
608

25
Mart
11:51



Vüqar Bayramov: Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verir

2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verib.

Xeberoxu.az-ın məlumatına görə,bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ümumi daxili məhsulda üç faizə yaxın artım tempinin qorunub saxlanması ilə qeyri-neft ümumi daxili məhsulunda ikiqat artım qeydə alınıb:

“Bu isə ondan xəbər verir ki, artımda qeyri-neft sektorunun payı daha çoxdur. Qeyri-neft sektoru ümumi iqtisadi artımın aparıcı istiqaməti olub. Belə ki, qeyri-neft sənayesində 22 %-ə yaxın artımın qeydə alınması ondan xəbər verir ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda daha çox sənaye məhsullarının istehsalına imkan yaradılıb. Bu da öz növbəsində, iqtisadi inkişafın dayanıqlılığı baxımından vacibdir və bu istiqamətdə qeyri-neft sektorunun dominant olduğunu göstərir”.

Deputat qeyd edib ki, ilk iki ayda kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı həyata keçirilən islahatları xüsusilə vurğulamaq lazımdır:

“Şəffaflığın artırılması dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunmasına imkan yaradıb. Vergi mənbələrindən dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan əlavə 252 milyon manatın cəlb edilməsi mümkün olub. Bu da gizli iqtisadiyyata qarşı mübarizə, şəffaflığın artırılması və iqtisadiyyatın leqallaşdırılması ilə bağlıdır. Eyni zamanda bu, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətlərin də genişləndiyindən xəbər verir. Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi bir tərəfdən dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir, digər tərəfdən isə vətəndaşlarımıza əmək müqaviləsi ilə çalışmaq imkanı yaradır. Bütün bunlar ümumilikdə vətəndaşların həm əmək hüquqlarının qorunmasını, həm də gələcəkdə pensiya hüququndan istifadəsini təmin edir”.

V.Bayramov əlavə edib ki, ilk iki ayın yekunları Azərbaycanda iqtisadi islahatların dərinləşməsindən xəbər verir:

“Bu da qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payının mərhələli şəkildə artmasına və Azərbaycanda neftdən asılılığın, neftin payının get-gedə azalmasına gətirib çıxarır. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək, sosial infrastruktur layihələri icra ediləcək. Güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan edilən bütün layihələr və proqramlar icra edilsin".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.