XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Iyul
2021
23:30
548
21
Iyul
23:30



Vyanada peyvənd mərkəzi açılacaq

Koronavirusa qarşı peyvənd olunanların sayını artırmaq üçün Avstriya hökuməti əhaliyə qeydiyyatsız vaksinasiya imkanı yaratmaqla yanaşı peyvənd mərkəzlərinin sayını artırır.

 Xeberoxu.Az xəbər verir ki, avqustun əvvəlindən etibarən paytaxt Vyananın mərkəzi kilsəsi olan Müqəddəs Ştefan Katedralında peyvənd mərkəzi fəaliyyətə başlayacaq. Vyana Baş Yepiskopluğundan bildirilib ki, saatda 20 nəfərin peyvənd olunacağı mərkəzdə peyvənd üçün əvvəlcədən qeydiyyatdan keçməyə gərək olmayacaq, eyni zamanda kilsənin daxilində vaksinasiyadan sonra qısamüddətli dincəlmək üçün şərait də yaradılacaq.

Vyana Şəhər Səhiyyə İdarəsindən bildirilib ki, şəhərdə əhalinin ən sıx hərəkət etdiyi məkanda yerləşən katedralın vaksinasiya mərkəzi üçün seçilməsi təsadüfi xarakter daşımır, bu yolla daha çox insanın peyvənd olunacağına ümid edilir. Bildirilib ki, Səhiyyə İdarəsinin müraciətinə Baş yepiskop kardinal Xristof Şönborn tərəfindən dərhal müsbət reaksiya verilib.

Qeyd edilməlidir ki, yay mövsümü başlayandan əhalinin peyvənd mərkəzlərinə axını azalıb. Vyana Film Festivalı və Alte Donau ərazisindəki “peyvənd kateri”ndə əvvəlcədən qeydiyyat tələb olunmayan peyvəndlənənlərin sayı isə artıb. Bu marağı nəzərə alaraq, Vyana şəhər rəhbərliyi əhalinin sıx hərəkət etdiyi məkanlarda vaksinasiya proqramını həyata keçirməyə çalışır.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb








Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb








Bakıda ağır yol qəzası: Ölən var








Binəqədidə qadın bıçaqlanaraq öldürülüb


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.