12 Yan 2021
19:42
![]() |
12
Yan 19:42
![]() "WhatsApp"ın yeni siyasəti Azərbaycan auditoriyasına təsir etməyəcək "WhatsApp" bundan əvvəl də "Facebook" və "Instagram"da səmərəli reklam kampaniyaları üçün istifadəçilərinin şəxsi məlumatlarından istifadə edib, eləcə də bunun əsasında öz məhsullarını yeniləyib. Bunu texnologiya blogeri Tariyel Ağazadə deyib. O bildirib ki, "WhatsApp" istifadəçi siyasətinin dəyişməsi iqtisadi baxımdan normaldır: "WhatsApp" messencerinin sahibi olan "Facebook" onun serverlərini və digər texniki xidmətləri təmin edir. Bu siyasətin alternativi illik abunə haqqı olardı ki, bu da istifadəçilərin narazılığına səbəb olacaqdı". Onun sözlərinə görə, "WhatsApp"ın yeni siyasəti Azərbaycan istifadəçilərinə heç cür təsir göstərməyəcək: "Konfidensiallıq məsələsi Azərbaycanda hazırda aktual deyil. Azərbaycan cəmiyyətində bu messencerdən həm şəhər əhalisi, həm də ucqar kəndlərdə yaşayanlar istifadə edir. Hesab edirəm ki, indi "WhatsApp"dan imtina edən və alternativ messencerlərə yönələn istifadəçilər, yenidən "WhatsApp"a qayıtmalı olacaqlar. Çünki bu messencer Azərbaycan bazarında liderdir". ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib
Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı
Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
|