Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
22:35
1704

04
Iyun
22:35




XİN: Azərbaycan Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarını alqışlayır

Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsinin bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır. Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az