AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



25 May
2019
17:33
627



XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda "Arsenal" futbol komandasının oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Xeberoxu.az-ın məlumatına görə, Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə Azərbaycanın müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini və bu barədə XİN-in sözçüsü səviyyəsində “idman və siyasət bir-birindən ayrıdır” mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladan mətbuat katibi, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsinin bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsinin absurd olduğu qeyd edilib. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanındığı bildirilib.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az