Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
03:00
3285
17
Okt
03:00



XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır

Ermənistan xarici işlər nazirinin Yunanıstan Xarici İşlər Naziri ilə mətbuat brifinqi zamanı verdiyi açıqlamada Azərbaycan və Türkiyəni bölgəni gərginləşdirməkdə ittiham cəhdləri Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistanın riyakar siyasətinin daha bir bariz nümunəsidir.

Bu barədə XeberOxu.Az-a  Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Ermənistan Xarici İşlər Nazirinə xatırlatmaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın mülki əhalisini müdafiə edir və Azərbaycan Respublikasının suveren torpağında əks-hücum tədbirləri həyata keçirir. Ermənistanın silahlı qüvvələri isə 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu saxlayaraq, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək məqsədini güdür.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, mülki Azərbaycan əhalisinə qarşı davamlı məqsədyönlü hücumları, humanitar atəşkəsi kobud şəkildə pozması, o cümlədən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinə ciddi mülki itkilərlə nəticələnən raket hücumları açıq şəkildə nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistanın öz ərazilərindən Azərbaycan şəhərlərini atəşə tutması başqa cür izah oluna bilməz.Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin tələblərini yerinə yetirmək əvəzinə, atəşkəs pərdəsi altında yeni bir təcavüzə əl atması son dərəcə təəssüf hissi doğurur.

Ermənistanın rəhbərliyi 47 nəfər dinc sakinin öldürülməsi və 222 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın dinc əhalisinə qarşı edilmiş hücumlara görə məsuliyyət daşıyır. Xarici İşlər naziri Mnatsakanyan bilməlidir ki, bu hücumlar beynəlxalq hüquqa görə müharibə cinayətləridir və onu törədənlər fərdi cinayət məsuliyyəti daşıyırlar.

Ermənistan bölgədəki vəziyyətin gərginləşməsinə görə başqalarını günahlandırmağa son verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararaq münaqişənin həlli və bölgədə sülhün təmin olunması üçün mahiyyət üzrə danışıqlara başlamalıdır".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.