RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



24 Iyun
2019
02:30
606



Dövlət Baxçalı: “Sandıq demokratiyanın namusudur”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi vəzifəsi üçün təkrar keçirilən seçkinin nəticələri ilə bağlı yazılı açıqlama paylaşıb.

XeberOxu.az xəbər veriki,  APA-nın yerli bürosunun xəbərinə görə, MHP lideri bildirib ki, hazırda 23 iyun bələdiyyə sədrliyinə keçirilən seçkinin nəticələri, CHP namizədinin səs üstünlüyü qazanması Cümhur İttifaqının mövqeyini əsla dəyişdirməyəcək: “Haqqın və həqiqətin yanında olmaq əzmimizi itirməyəcəyik”.

MHP lideri verdiyi yazılı açıqlamada İstanbul Böyükşəhər Bələdiyyə sədri seçiminin bitdiyini, qeyri-rəsmi nəticələrin bəlli olduğunu bildirib. İstanbulda milli iradənin üstünlüyünün ortaya çıxdığını deyən Baxçalı, fikirlərini “sandıq demokratiyanın namusudur”, - deyə ifadə edib:

“Sandıq demokratiyanın namusudur və hər kəs tərəfindən həssas şəkildə hörmətlə qarşılanmalıdır. İstanbulda sıx və geniş müzakirələr sandıq yolu ilə nəticələrə bağlanmış, proses sona çatmışdır. Seçici iştirakının mötəbər bir səviyyədə olması da sevindirici bir haldır. MHP Cümhur İttifaqının adına uyğun üzərinə düşən məsuliyyəti yerinə yetirmiş, hörmətli Binəli Yıldırıma əzim və qətiyyətli şəkildə dəstək vermişdir. Vicdanı olan hər kəs buna zamin və şahiddir”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az