Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
03:56
195

03
Dek
03:56



X Çağırış Kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.

Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokuun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilmiş, finala vəsiqə qazanan komandalar müəyyən edilmişdir. Finala paytaxt Bakı ilə yanaşı Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanmışdır.

Turnirin finalı 30 noyabr – 01 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar “Çağırış kuboku“ və “Regionlar Kuboku“ uğrunda mübarizə apardılar. Turnirin ilk günü Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşdi.

Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazandılar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz oldu. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutdu.

Çağırış Kubokunun yekunlarına görə 8 komanda Xəmsə Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazandılar. Bu turnirdə isə “Maqnat“ komandası qalib adını qazandı. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları oldu.

Qaliblər kubok, medal və diplomlarla mükafatlandırıldılar.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az