02 Sen 2019
16:21
![]() |
02
Sen 16:21
![]() Xaçmazda uzunluğu 35,9 kilometr olan avtomobil yolu yenidən qurulur -FOTO “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ümumi uzunluğu 35,9 kilometr olan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bu yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir. Hazırda yeni yol yatağı inşa olunur. Bundan başqa, yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılacaq, mövcud borular isə təmir olunaraq bərpa ediləcək. Layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Yolun istifadəyə verilməsi ilə yolboyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |