# EVDƏQAL
# EVDƏQAL



23 Mart
2020
15:30
3509

23
Mart
15:30



Xalq artistinin oğlu Bakıya dönə bilmir

Xalq artisti Möhlət Müslümovun tarzən oğlu Rüstəm Müslümov Azərbaycana qayıda bilmir.

Xeberoxu.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya musiqiçinin özü məlumat verib. O, açıqlamasında bildirib ki, martın 8-dən festival üçün Texas ştatına gedib və uçuşlar dayandığı üçün Bakıya gələ bilmir:

“Martın 8-dən Texas ştatının Austin şəhərindəyik. Böyük kino-musiqi festivalı olan “SWSX” üçün gəlmişdik. Bundan əlavə, bir neçə konsertimiz də baş tutacaqdı. Sözügedən festival üçün Amerikaya 4-cü səfərimizdir. Festival da təxirə düşdü. Amerikada menecerimiz var, hər zaman bizi o dəvət edir. Hazırda onun evində qalırıq.  Mənimlə birgə nağara ifaçısı Elnur Əliyev, kamança ifaçısı Fərid Babayev də buradadır. Martın 23-də uçuş həyata keçməli idi. Nəzərdə tutulmuşdu ki, Austindən Nyu-Yorka, oradan da Bakıya gələk. Biz Vətənə qayıda bilmirik. Gəlmək və qayıtmaq Türk Hava Yolları ilə həyata keçəcəkdi.  Onlar uçuşu dayandırıb. Şirkət bizə qeyd etdi ki, bileti başqa vaxta dəyişdirmək olar, lakin hazırda uçuşlar təxirə salınıb.  Başqa vaxt barədə isə dəqiq bir söz deyilmir. Bizi məlumatlandıracağını qeyd etdilər. AZAL-da da uçuşlar dayandırılıb”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.