XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



23 Sen
2022
14:15
1254
23
Sen
14:15



Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatacaq -FOTO

Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat xidmətinin hava ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinə bu gün gecədən başlayaraq 26-na kimi havanın dəyişməsi ilə bağlı hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Bununla bağlı Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzi gəmi sahiblərini, liman kapitanlarını, liman nəzarət müfəttişləri təlimatlandırıb və müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin olunub.

Məlumata əsasən, sentyabrın 23-ü gecədən başlayaraq 26-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s,  açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi  gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 5.0-7.0 metrə çatacağı proqnazlaşdırılır.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin təcrübəli kapitanları bu günlər ərzində hava şəraitinə uyğun olaraq, gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək.

Gündəlik iş rejimində olduğu kimi, ölkəmizin  ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək”.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hava Proqnozu xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.