XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 Apr
2021
12:11
760
12
Apr
12:11



Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qiyas Məmmədtağı oğluna məxsus “Kafe Yaşma” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhkükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Kafedə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Eyni zamanda, kafedə çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırlması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.