Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
06:00
303

01
Okt
06:00



Xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə işləyən vətəndaş cəmiyyəti qurumları, icma nümayəndələrinin iştirakı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) İctimai Birliyinin baş ofisində ictimai müzakirələr keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, müzakirələrdə ƏƏSM nazirliyi yanında Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Mirzəyev, bir sıra nazirliklərdə və hökumət qurumlarında təmsil olunana ictimai şura sədrləri və üzvlər, ekspertlər də iştirak edib.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən qeyri hökumət təşkilatlarının fikirləri dinlənilib, təkliflər səsləndirilib. Tədbiri giriş sözü ilə açan ƏƏSM nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev layihənin məqsədi və gözləntilər haqda məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri sosial islahatların əhəmiyyətindən söz açıb. O, insanların hüquqlarının bilməməsi səbəbindən meydana çıxan haqlı və ya haqsız vətəndaş narazılığından söz açıb və bu baxımdan vətəndaş iştirakçılığının, maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də xüsusi qayğıya ehtiyacı olan şəxslərin problemlərinin həlli məsələlərində şəffaflığın və əlçatanlığın təmin olunması üçün yaradılan yeni xidmətlərin, günərzi mərkəzlərinin gördüyü işlərin vacibliyinə toxunub. O, həssas qrupların və xüsusi qayğıya ehtiyacı olanlarla işlərin gücləndirilməsi üçün bu kateqoriya insanların vacib hesab olunan məsələlərinin növbəti ilin büdcəsində nəzərə alınmasının əhəmiyyətinə toxunub, günərzi mərkəzlərinin ölkəmiqyasında yayılmasının vacibliyini qeyd edib. “Ümid” Sosial Humanitar təşkilatının sədri İsrail İsgəndərov təhsil sahəsində xüsusi qayğıya ehtiyacı olanların 4 kateqoriya üzrə təhsil haqqlarından azad olunduğunu və bu ildən əlilliyi olan şəxslərin də bura əlavə edildiyini bildirib. “Çernöbıl Əlilləri” İB-nin sədri Mirhəsən Həsənov, “Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, “Əfqanıstan Veteranları” İB-nin sədri Məhəmməd Vəliyev də həssas qrupların ən ağır şəraitdə yaşayanlarının növbədənkənar mənzillərlə təmin olunması, pensiya məsələləri zamanı müvafiq həddin müharibə veteranlarına da şamil olunması və.s təklif edib. “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İB –nin sədri Radə Abbas təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların su, qaz təhcizatı zamanı müvafiq limitlərdən yararlanmasının zəruriliyini, “Erməni Təcavüzünün Tanıdılması” İB-nin sədri Səriyyə Müslümqızı isə təmas xətti ərazilərdə məskunlaşan insanlarımıza qayğının artırılması, məmur vətəndaş münasibətlərinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb. “Sağlam Inkisaf və Maarifləndirmə” İB-nin sədri ümumiyyətlə bələdiyyələrin də yerlərdə maarifləndirmə işlərinə cəlb olunmasından söz açıb, layihənin maarifləndirici əhəmiyyətinə toxunub. Qeyd edilənlərlə yanaşı tədbirdə milli qəhrəmanların ailə üzvlərinə xüsusi güzəştlərin tətbiq edilməsi, sağlamlıq və bərpa məsələləri, sağlamlıq imkanları məhdud şəxslərin, müharibə əlillərin həkim ekspert komissiyası tərəfindən müvafiq sənədlə təmin edilməsi sahəsində yaranan şətinliklərlə bağlı və müzakirələrin onlayn aparılmasına dair təkliflər səsləndirilib.

Sonda BAMF-ın prezidenti Umud Mirzəyev qeyd olunan təkliflərin, tövsiyyələrin layihə çərçivəsində nəzərdə tutulan ekspertlər vasitəsi ilə çeşidlənərək müvafiq qurumlara təqdim ediləcəyini və vətəndaşların ərizə müraciətlərinin sosial əlaqələndirici vasitəsiylə diqqətə çatdırılacağını bildirib. Qeyd edək ki, layihə sentyabr ayından başlayıb və əsasən ƏƏSM nazirliyi yanında İctimai Şuranın işçi qruplarının fəaliyyət komponentlərini əhatə edir. Şəhid ailəsi, qaçqın və məcburi köçkünlərlə bağlı işçi qrupun növbəti tədbirinin Bərdə rayonunda keçirilməsi nəzərdə tutulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az