14 Fev
2020
12:12
680

14
Fev
12:12



YAP İcra katibinin müavini Siyavuş Novruzov Ümummilli Liderin məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə bu gün Fəxri Xiyabanda partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə əklil qoyub.

Xeberoxu.az-ın məlumatına görə, ziyarət etdikdən sonra açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bunları deyib: “Ümumiyyətlə nəinki mən, bütün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Təbii ki, bizlər də Fəxri Xiyabana gələrək Ulu Öndərə öz minnətdarlığımızı bildiririk. Mən növbəti dəfə Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmişəm. Ziyarət etməkdə əsas məqsədim Ümummilli Liderdən xeyir-dua almaq və daha sonra öz fəaliyyətimlə məşğul olmaqdır. Mənim həyatımda, fəaliyyətimdə ömrü boyu Heydər Əliyev həmişə böyük rol oynayıb. Təbii ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab Prezident İlham Əliyevin siyasəti davam edəcək. Seçicilər bizlərə Heydər Əliyev yoluna, siyasətinə görə səs veriblər. Mən Ümummilli Liderin hesabına səs qazanmışam. Ona görə də Heydər Əliyevin məzarını ziyarət etməmək mənim üçün qəbulolunmazdır. Mən hər bir xeyir işimdə Fəxri Xiyabana gələrək Ulu Öndərin xeyir-duasını alıram".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.