# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:21
623

25
Mart
19:21



YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib

Yeni Azərbaycan Partiyasının (YAP) fəalları və könüllüləri koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyanı yüksək fəallıqla davam etdirirlər.

YAP-dan Xeberoxu.az-a bildirilib ki, mart ayının 21-dən start götürmüş aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.