Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



29 Okt
2020
12:46
2665
29
Okt
12:46



Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir

Yaponiyanın Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə müraciət edərək ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin “Azərenerji” ASC-nin rəhbəri ilə görüşmək istədiyini bildirib və səfir Cuniçi Vada ilə Baba Rzayevin görüşü olub.

“Azərenerji”dən XeberOxu.Az-a verilən məlumata görə, görüşdə Yaponiya ilə Azərbaycan enerjisistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi JİCA-nın dəstəyi ilə həyata keçirilən layihələr geniş müzakirə edilib. O cümlədən Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb və səfir bildirib ki, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də Yapon şirkətlərinin maraq dairəsindədir. Baba Rzayev isə qeyd edib ki, Azərbaycan ilə Yaponyanın elektroenergetika sahəsindəki əməkdaşlığı 20 idən artıqdır uğurla davam edir və Yaponiya bu sahədə etibarlı tərəfdaşdır.

Bunda başqa Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsi nəşrin birinci səhifəsində dərc edilib və bütün Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır. Bununla yanaşı səfir hazırda regionda baş verənlərlə bağlı ətraflı məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.