Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
18:51
183

02
Dek
18:51



Yaponiya ACEAN ölkələrində infrastrukturun inkişafına 3 milyard dollar ayıracaq

Yaponiya qarşıdakı 3 ildə Cənub-Şərqi Asiya ölkələrində (ACEAN) infrastrukturun inkişafına 3 milyard dollar ayıracaq.

XeberOxu.Az-ın məlumatına görə,  bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi dekabrın 2-də keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti 2020-2022-ci illərdə fərdi sektor daxil olmaqla investisiyaların ayrılmasını planlaşdırır.

Nazir əlavə edib ki, bu plan Yaponiyanın ACEAN blokunun üzvü olan bütün ölkələrin yeni iqtisadi imkanlardan bəhrələnməklə azad və ədalətli inkişafına dəstək verməyə çalışdığını təsdiq edir.

Xatırladaq ki, ötən ay Baş Nazir Şinzo Abe ACEAN ölkələrinin liderlərinə Yaponiyanın bu assosiasiyaya JICA vasitəsilə investisiyaların ayrılmasını artırmağı planlaşdırdığını bildirib. Ş.Abe deyib ki, bu investisiyalar Hind-Sakit okean regionunun azad və açıq inkişafına yönəlib, burada infrastrukturun təkmilləşdirilməsinə, müxtəlif təşəbbüslərin reallaşmasına, o cümlədən qadınların imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az