![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
15:14
![]() |
05
Avq 15:14
![]() Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 nəfər saxlanılıb Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 50 nəfər tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib. Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|