# EVDƏQAL
# EVDƏQAL



04 May
2020
18:39
9441

04
May
18:39



Yaşıl mərci: sevimli qida və müalicə vasitəsi

Yaşıl mərci lap qədim zamanlardan qida rasionuna daxil olan bitkidir. Qədim Misirdə fironların, Yunanıstan və Babilistanda imperatorların sevimli yeməklərindən biri də mərci idi. Orta əsrlərdə Rusiyada əsas qida növü olan mərci unundan hətta çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida hesab edilir.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC tibbi mənbələrə istinadən xəbər verir ki, yaşıl mərci antik dövrlərdən bəri dərman bitkisi kimi də məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini bir sıra xəstəliklərin şəfası olan dərmanların sırasına daxil ediblər.

Onun ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərcidir. Mərcinin yaşıl rəngli növü təkcə zülalla deyil, həm də nişasta ilə zəngindir. Belə ki, onun tərkibində 30 faizə qədər zülal, 60 faizə qədər nişasta var. Mərcinin tərkibində ətlə müqayisə ediləcək qədər zülal var. Cücərmiş yaşıl mərci yarması təbii dəmir mənbəyi kimi qanda hemoqlobinin miqdarını artırır. C vitamini ilə zəngin olduğuna görə mərcimək qrip əleyhinə vasitə kimi də istifadə olunur. Tərkibində kaliumun çoxluğu onu ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərcinin cücərtilərindən istifadə etmək anemiyanın müxtəlif formaları və qanitirmədə müsbət nəticələr verir.

Yaşıl mərci maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Onun tərkibində kobud sellüloza çox olduğuna görə xroniki enterit, kolit və pankreatitli xəstələrin xörəklərində istifadə etmək məsləhət görülür.

Mərci müqaviməti artırır, immuniteti möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, ürək və beyin damarlarını xolesterol çöküntüsündən təmizləyir, qanda şəkərin səviyyəsini azaldır, böyrək daşlarını əridir, qaraciyər hüceyrələrini və qanı zərərli maddələrdən təmizləyir, sümükləri və sinirləri möhkəmləndirir, əzələ ağrılarını aradan qaldırır.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.