# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
14:26
723

26
Mart
14:26



Yaşlı insanların qida ilə təminatına başlanılıb: “Berg Energy” və “Bizon Energy” yardım əlini uzadıb - VİDEO

“Berg Energy” və “Bizon Energy”nin birgə start verdikləri “Güc birlikdədir” layihəsi davam edir.

Layihə çərçivəsinddə 100-dən çox 65 yaşdan yuxarı kimsəsiz və tənha insana iki ay müddətində ərzaq yardımı ediləcək. Məqsəd yaşlı insanların evdə qalması və sağlamlığını qoruması üçün onları zəruri gündəlik tələbat məhsulları ilə təmin etməkdir. 

“Berg Energy” və “Bizon Energy” komandası layihəni genişləndirmək, daha çox insana yardım etmək məqsədilə “Güc Birlikdədir” “Facebook” səhifəsini yaradaraq onu platforma halına salıb. Səhifəyə hər gün yaşlı və kimsəsiz insanlar haqqında müraciətlər daxil olur. Bu məlumatlar yoxlanıldıqdan sonra ünvana ərzaq paketi çatdırılır və bu, iki ay ərzində davamlı formada olacaq.  

Məlumat üçün bildirək ki, artıq səhifə üzərindən digər insanlar da ərzaq səbətini təklif edərək, ünvanlara daşınmasını təklif edirlər. Əgər sizin də ətrafınızda yaşı 65-dən çox kimsəsiz və tənha insan varsa və ya layihəyə qoşulmaq istəyirsinizsə, “Güc Birlikdədir” “Facebook” səhifəsinə yazaraq məlumat verə bilərsiniz.

Gəlin əl-ələ verib bu çətin zamanda bir-birimizə dayaq olaq. Biz birlikdə güclüyük, biz birlikdə Azərbaycanıq!

Güc birlikdədir!

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.