RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 Apr
2019
12:43
1695



Yaxşılıq gözəl əxlaqdır
Əxlaq - insanın daxili görünüşüdür. İnsanın zahiri görünüşü olduğu kimi daxili görünüşü də vardır. İnsanın görünüşü yaxşı və pis olduğu kimi onun əxlaqı da gözəl və pis ola bilir. Gözəl əxlaq dedikdə Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində buyurulan bütün yaxşı keyfiyyətlər və əməllər nəzərdə tutulur. Pis əxlaq dedikdə isə Allahın və Onun rəsulunun qadağan etdiyi bütün günahlar nəzərdə tutulur. Nəvvas ibn Səman əl-Ənsari demişdir: "Allah Elçisindən salləllahu aleyhi və səlləm yaxşılıq və günah barəsində soruşdum. O buyurdu: "Yaxşılıq gözəl əxlaqdır. Günah isə qəlbində tərəddüd edən və başqalarının onun barəsində bilmələrini istəmədiyin bir şeydir".

Ən kamil və ən xeyirxah mömin kimdir?
XeberOxu.Az Milli.Az-a istinadən bildirir ki, Allah Elçisi bu­yur­muş­dur: "İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyir­liləriniz isə qadınlara qarşı əxlaqlı olanlardır".
Peyğəmbər demişdir: "Sizdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verimmi?" Camaat susdu. O bunu iki və ya üç dəfə təkrar etdi. Camaat dedi: "Bəli, ey Allahın Elçisi!" O dedi: "Əxlaqı ən gözəl olanınız buna nail olar!"
Allah Elçisi demişdir: "İslamda sizin ən xeyirliniz dini başa düşən və əxlaqı ən gözəl olanınızdır".

Gözəl əxlaq insanı Cənnətə aparır və Cəhənnəm odunu ona haram edir
Əbu Hureyra rəvayət edir ki, Allah Elçisindən soruşdular: "Cənnətə girməyə daha çox səbəb olan nədir?" O buyur­du: "Allah qorxusu və gözəl əxlaq!" Yenə soruşdular: "Bəs Cəhənnəm odu­na girməyə daha çox səbəb olan nədir?" O buyurdu: "İki boşluq; cin­siyyət üzvü və ağız!"
Allah Elçisi buyurmuşdur: "Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatda olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!"
Peyğəmbər buyurmuşdur: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir".
Peyğəmbər demişdir: "Cəhənnəm odunun kimə haram olduğunu sizə xəbər verimmi?" Dedilər: "Bəli, ey Allahın Elçisi!" O buyurdu: "Hər mülayim, lütfkar və üzüyola möminə".

Gözəl əxlaqa dair nümunələr
Peyğəmbər ona demişdir: "Kimə mülayimlik­dən bir pay verilmişsə, ona dünya və Axirət xey­rindən bir pay verilmişdir. Qohumluq əlaqələrini möhkəmlətmək, gözəl əx­laq və gözəl qonşu­luq məmləkətləri abadlaşdırır və ömrü artırır".
Allah Elçisi demişdir: "Hər bir dinin əxlaqı vardır, İslam dininin əxlaqı isə həya­dır".
Allah Elçisi demişdir: "Adəm oğlu namaz qılmaqdan, insanların arasındakı əlaqələri möhkəmlətməkdən və gözəl əxlaqlı olmaqdan daha fəzilətli bir əməl etməmişdir".
Allah Elçisi demişdir: "Səndə dörd xislət olarsa, dünyadan itirdiyinin sənə heç bir zərəri olmaz; əmanəti qo­ru­­maq, düz danışmaq, gözəl əxlaqlı olmaq, haram yeməkdən çəkin­mək".
Abdullah ibn Amr ibn əl-As demişdir: "Muaz ibn Cəbəl səfər etmək istədi və dedi: "Ey Allahın Peyğəmbəri, mənə nəsihət et?" O buyurdu: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət et!" Muaz dedi: "Ey Allahın Peyğəmbəri, yenə nəsihət et!" O buyurdu: "Pislik etdikdə ardınca yaxşılıq et!" Muaz dedi: "Ey Allahın Elçisi, yenə nəsihət et!" O buyurdu: "Düz ol və əxlaqını gözəlləşdir!"

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az