26 Iyun
2020
06:00
6110

26
Iyun
06:00



Yeni Haval H5 modelinin rəsmi şəkilləri dərc edilib

Görüntüləri iki ay bundan əvvəl ilk dəfə ortaya çıxan ikinci nəsil Haval H5 krossoverinin rəsmi şəkilləri dərc edilib. Çinin Great Wall şirkəti yeni avtomobilin tam ölçülü şəkillərini yayımlayıb. Zavoiddaxili B06 kod adı ilə tanınan krossover cari Haval H5 modelini əvəzləməlidir. Bununla belə, köhnə və yeni avtomobilin eyni zamanda buraxılacağı da istisna olunmur: Çin avtomobil sənayesində belə hala tez-tez rast gəlmək olar.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, krossoverin dizaynı üzərində, 2018-ci ilin yayında Land Rover şirkətini tərk edərək Haval şirkətinə baş dizayner vəzifəsinə keçmiş Fill Simmons işləyib.

Yeni Haval H5 markanın digər avtomobilləri ilə bənzərlik daşımır, daha çox brutal nisbətlərə və Mercedes-Benz G-Class ofrouderinin tanış cigilərinə malikdir. Qara rəngli bamperlər, kandarlar və təkər tağlarının genişləndiriciləri avtomobilin yolsuzluq üçün yaradıldığına işarə edir.

Hələlik, avtomobilin interyerini yalnız casus şəkilləridnə görmək mümkündür. Salonda quraşdırılmış iki iri displey, iki mərtəbəli mərkəzi tunel və avtomatik transmissiyanın şayba- selektoru diqqəti çəkir var. Modelin texniki hissəsi barədə məlumat verilməyib. Məlum olan, növbəti nəsil Haval H5 modelinin markanın digər avtomobillərdə istifadə olunmayan yeni platformaya əsaslandığıdır. Yeni krossoverin təqdimatı payız aylarında baş tutmalıdır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.