27 Iyun
2020
00:45
5139

27
Iyun
00:45



Yeni Opel Mokka unikal dizayna malik olacaq

Opel şirkəti yeni nəsil Mokka modelinə diqqəti artırmaq üçün tizerlər kampaniyasını davam etdirir. Opel Mokka krossoverinin ikinci nəsli, ön hissənin yeni tərtibatını əldə edəcək ilk Opel modeli olacaqdır. Yeni üslub Opel Vizor adlanır və Mark Adamsın rəhbərlik etdiyi dizaynerlər komandası tərəfindən yaradılıb.

Yeni üslub iki il bundan öncə nümayiş etdirilmiş Opel GT X Experimental konseptində debüt edib. Ön LED fıənərlər radiator barmaqlığı ilə vizual olaraq birləşdirilib və dəbilqənin vizorunu xatırladır. Bu həll yolu elektrokarlarda radiator barmaqlığının yerinə quraşdırılan boş paneli gizlətməyə yardım edəcəkdir. Gələcəkdə belə vizorları bütün yenilənmiş Opel modellərində quraşdırılacaqdır.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, bir müddət bundan öncə Opel şirkəti yeni krossoverin interyerini nümayiş etdirən tizeri dərc etmişdi. Pure Panel ("Təmiz panel") kokpiti Opel şirkətinin dizayn fəlsəfəsinin bir hissəsidir. Bu panel ilk dəfə, 2018-ci ilin Opel GT X Experimatntal konseprində nümayiş etdirilmişdir.  Interfeys, "görmə detoksifikasiyası" adlı yeni dizayn fəlsəfəsi çərçivəsində hazırlanmışdır.

Panel sadə, təməl formaların istifadəsinə əsaslanır və yalnız gərək olan məlumatı əks etdirir. Üstəlik, interyerdə fiziki düymələrin sayını minimuma endirir. Beləliklə, istehsalçınin bildirdiyinə görə, "rəqəmsallaşdırma və intuitiv idarəetmə arasında ideal tarazlığına nail olunur". Kokpit, vahid element şəklində birləşdirilmiş və ən sadələşdirilmiş naviqasiya olan, eyni zamanda yalnız sürücüyə lazım olan məlumatları göstərən iki displeydən ibarətdir. Məsələn, söhbət krossoverin elektrik versiyasından gedirsə, güc ehtiyatı nümayiş etdiriləcəkdir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.