Yeni Zelandiyada kimyəvi hücum təhlükəsi səbəbindən 80 nəfər təxliyə edilib
Yeni Zelandiyanın Levin şəhərinin 80-dən çox sakini partlayış və kimyəvi hücum təhlükəsi ilə əlaqədar evlərindən təxliyə olunub.
Xeberoxu.Az xəbər verir ki, şəhərin evlərindən birində cinayətkar kimyəvi maddələri partlatmaqla sakinləri hədələyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etmək qərarına gəliblər.
Polis müfəttişi Sarah Stüart deyib: "Polis əməkdaşları vəziyyəti həll etməyə çalışır, lakin bizim prioritetimiz insidentdə iştirak edənlərin hamısının təhlükəsizliyidir".
Daha 40 sakin mümkün təcili təxliyə ilə bağlı xəbərdarlıq edilib. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.