Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
14:20
279



Yeni dərmanların testi üçün süni göz yaradılıb

ABŞ mühəndisləri əczaçılara buynuz qişasında qıcıq yaradan və görmə ilə bağlı problemlərə səbəb olan quru göz sindromu ilə mübarizədə daha effektiv metodlar hazırlamağa imkan verəcək unikal platforma hazırlayıblar.

XeberOxu.az ICTnews-a istinadən bildirir ki, Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanan miniatür qurğu üçölçülü printer vasitəsilə yaradılan məsaməli karkas şəklindədir. "Çip üzərində göz" adlı sistem səthi daim süni gözyaşıları ilə nəm olan jelatindən düzəldilmiş qırpınan "göz qapağı" ilə təchiz edilib.

Məlumata görə, mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmləndirilməsində bu və ya digər damcıların effektivliyini müəyyənləşdirməyə imkan verəcək. Prototipin üstünlüyü onun qiymətinin ucuz olması və sadə hazırlanmasındadır. Bu cihazın köməyi ilə tədqiqatçılar süni gözyaşı istehsalçılarını yeni preparatların hazırlanmasına stimullaşdırmağı planlaşdırırlar. Alimlərin sözlərinə görə, hazırda bazarda göz quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanlarda çatışmazlıq müşahidə olunur.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az