Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
14:19
249



Yeni mühafizə sistemi “Chrome”u qoruyacaq

"Google" şirkəti populyar "Chrome" brauzeri üçün istifadəçilərin zərərli faylların yüklənilməsindən qorunmasını nəzərdə tutan yeni funksiya təqdim edib. "Advanced Protection" adlı proqram kompüterdə antivirusun mövcudluğundan asılı olmayaraq bir neçə saniyəyə aktivləşərək internet viruslarının müdaxiləsinin qarşısını alır.

XeberOxu.az ICTnews-a istinadən bildirir ki, yeni funksiyanı ödənişli elektron açarlar əldə edildikdən sonra "Google" şirkətinin rəsmi səhifəsinin "Əlavə mühafizə" bölməsində işə salmaq mümkündür. Hesablar üçün belə mühafizə tədbirləri siyasətçi, jurnalist, biznesmen və məlumatların məxfiliyinə xüsusi əhəmiyyət verən insanlar üçün aktualdır.

"Advanced Protection Program" quraşdırmasında "Chrome" brauzeri ilə sinxronlaşmanı işə salmaq yetərlidir. Brauzerin təhlükəli hesab etdiyi faylı yükləmək cəhdi xəbərdarlıq və yükləmə prosedurunun bloklanması ilə nəticələnəcək. "Google" mütəxəssislərinin fikrincə, bu tədbirlər istifadəçi məlumatlarını oğurluqdan, kompüterləri isə viruslara yoluxmadan qorumağa kömək edəcək.

"Advanced Protection Program" proqramında, həmçinin iki fiziki təhlükəsizlik açarının (Feitian MultiPass FIDO-nun Bluetooth versiyası və Yubico FIDO U2F-in USB açarı) qoşulması nəzərdə tutulub. Onların qiyməti komplektləşdirmə və əlavə NFC çipinin mövcudluğundan asılı olaraq 65-95 dollar arasında dəyişir. Fiziki açar mürəkkəb şifrləmə alqoritmləri və tokenin internetə çıxışı olmaması sayəsində hesabın ələ keçirilməsi cəhdlərinin qarşısını alır.


Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az