Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyun
2019
12:38
573



Yeni tədris ili üçün 1-ci sinfə qəbul üzrə 45 minədək sorğu yerləşdirilib

Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XeberOxu.Az-a verilən məlumata görə, 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.

Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az