Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



29 Iyul
2020
12:46
19431
29
Iyul
12:46



Yol kəsişmələrində “sarı kəsişmə toru” yenidən tətbiq olunur

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.