Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Avq
2019
01:30
1068

09
Avq
01:30



Yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən XeberOxu.az-a bildirilib ki, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər.

Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur:

"“Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun.

Təəssüf ki, sürücülərin sürət həddinə riayət etməməsi, ara məsafəsini düzgün saxlamaması, hərəkət istiqamətində diqqətsizliyə yol verməsi, eyni zamanda, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən düzgün istifadə etməməsi yol qəza hadisəsinin yaranmasına səbəb olur. Yağmurlu hava şəraiti nəticəsində paytaxtda bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bütün bunları nəzərə alaraq sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az