Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
10:06
927

15
Avq
10:06




Con Bolton Rusiyanı oğurluqda ittiham etdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyanı hipersəs silahlarının yaradılması məsələsində Amerika texnologiyasını oğurlamaqda ittiham edib.

Con Bolton “Voice of America”ya müsahibəsində deyib ki, Rusiya iqtisadiyyatı Niderland kriteriyalarına yaxındır:

“Lakin Rusiya təkcə nüvə arsenalını modernləşdirmək üçün deyil, həm də yeni nəqliyyat vasitələri – hipersəs silahlar yaratmaq üçün kifayət qədər pul xərcləyir”.

ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın hipersəs planlı uçuş aparatları, hipersəs qanadlı raketləri Amerika texnologiyasından oğurluqdur. 

Onun sözlərinə görə, digər ölkələrin də həmin ideyanı əldə edəcəyi ehtimalı ABŞ və müttəfiqləri üçün əsl problem olaraq qalır.

C.Bolton Severodvinsk hərbi təlim poliqonunda baş verən hadisəni də şərh edib.

Müşavirin fikrincə, poliqondakı hadisə Rusiyanın nüvə silahlarının təkmilləşdirdiyini nümayiş etdirir.

Xatırladaq ki, avqustun 8-də Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhəri yaxınlığında poliqonda partlayış baş verib. Avqustun 10-da “Rosatom” dövlət korporasiyası məlumat verib ki, şirkətin 5 əməkdaşı hadisə nəticəsində ölüb.

Partlayışın raket sınağı zamanı baş verdiyi bildirilir.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az